A

Gənc alim və tələbələrin elmi-tədqiqat işlərinin “Ərazilərin rəqabətqabiliyyətliliyi” Beynəlxalq müsabiqəsinin “Makroiqtisadiyyat” istiqaməti üzrə birinci mərhələsi yekunlaşıb.

Beynəlxalq müsabiqənin nəticələrinə əsasən, 3 ali məktəbi təmsil edən iştirakçıların 24 işi finala buraxılıb. Finalda 24 iştirakçıdan 20 iştirakçı UNEC-i, 3-ü Memarlıq və İnşaat Universitetini, biri isə Milli Aviasiya Akademiyasını təmsil edib.

Münsiflər heyətinin qərarına əsasən, I yerə “Beynəlxalq təşkilatların Azərbaycanın daxili və xarici siyasətində rolu” mövzusunda məqalə və çıxışına görə 95 bal toplayan UNEC tələbəsi Surət Məmmədov layiq görülüb.

II yeri “Azərbaycanın enerji potensialı-yaşıl enerjinın Qarabağda tətbiqi" mövzusunda çıxışına görə 91 bal toplayan UNEC tələbəsi Aişə Allahverdiyeva, III yeri "Ölkənin dövlət büdcəsinin formalaşmasında xarici investisiyaların rolu" mövzusunda çıxışına görə 90 bal toplayan Milli Aviasiya Akademiyasının tələbəsi Nargilə Əliyeva, IV yeri “Rəqəmsal İpək Yolu - dünya iqtisadiyyatının qloballaşmasının yeni modeli kimi" mövzusunda çıxışına görə 90 bal toplayan UNEC tələbəsi Məryəm İsrafilova, V yeri isə“Rəqəmsal texnologiyaların Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə təsiri” mövzusunda məqaləyə görə 88 bal toplayan UNEC tələbəsi Ləman Nağıyeva tutub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay