A

Aprelin 23-də UNEC SABAH-ın təşkilatçılığı ilə ənənəvi VII Vyana balı keçirilib.

Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, UNEC SABAH-ın müəllim və tələbələri iştirak edib.

Vyana balında SABAH məzunları “Tango” rəqsi ifa ediblər, tələbələr daha çox klassik rəqslərə üstünlük veriblər. Vyana balında bəstəkar Tofiq Quliyevin “Dostum” musiqisinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay