A

Hər il tələbələr arasında keçirilən, biznes, maliyyə, marketinq sahəsində ən nüfuzlu yarış hesab olunan Azərbaycan Biznes Keys Müsabiqəsi (Azerbaijan Business Case Competition) yarışının final mərhələsində, Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kurs tələbələri, Turqay Nəsirli, Nizgan Cəbiyeva, Arif Mirzəyev və Vüsalə İslamova rəqiblərindən yüksək nəticə göstərərək, 1-ci yerə çıxıblar.

Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kursunda təhsil alan Banuçiçək Qurbanova, Rəsul Əliyev, Cavanşir Qafarov, Nüşabə Məmmədova isə yarışmada 2-ci yerə layiq görülüblər.

Müsabiqənin nəticələrinə əsasən birinci yeri tutan komanda 6000 AZN, ikinci yeri tutan komanda isə 3000 AZN dəyərində pul mükafatı qazanıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay