A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 28 May Müstəqillik Günü ilə bağlı fakültələrdə bir sıra silsilə tədbirlər keçirilib.

İqtisadiyyat fakültəsində 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirdə fakültənin dekanı dosent Elçin Eyvazov çıxışında 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğunu qeyd edib. O, bildirib ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Sonra UNEC-in Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışaraq, o zamankı ağır tarixi şəraitdə nail olduğu uğurların əhəmiyyətini xüsusi qeyd edib. Tədbirdə İqtisadiyyat fakültəsinin dekan müavinləri dosent Müşirəvan Əliyev və Rahim Mürsəlov, Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Pərviz Səmədov, İqtisadiyyatın təınzimlənməsi kafedrasının dosenti İlhamə Mahmudova və tələbələr iştirak ediblər.

UNEC Türk Dünyası İqtisad Fakültəsində 28 May Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edənlər fakültə dekanı prof. dr. Mehmet Yüce, dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Nəriman Xanəhmədov Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıblar.

Magistratura Mərkəzinin təşkilatçılığı, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrinin və UNEC Dizayn Məktəbinin birgə iştirakı ilə universitetin III saylı tədris binasında “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Magistratura mərkəzinin direktoru professor Qabil Manafov Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq münasibətiləri və müasir Azərbaycan Respublikasının AXC-nin varisi kimi dünya dövlətləri içərisində layiqli yer tutması barədə öz fikirlərini bölüşüb.

Biznes və menecment fakültəsində 28 may Müstəqillik Günü münasibəti ilə seminar keçirilib. Seminarı fakültə dekanı dosent Mirağa Əhmədov açaraq, müstəqilliyin yaranma tarixindən və eləcə də respublikamızın müasir inkişafından söz açıb. Menecment kafedrasının professoru Şəfa Quliyeva “Müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri professor Arif Şəkərəliyev, Menecment kafedrasının müdiri professor Kamil Şahbazov çıxış ediblər. 

Daha sonra Humanitar fənlər kafedrasının dosenti Telman Niftaliyev Müstəqillik Gününün əhəmiyyəti, ölkəmizin müstəqilliyinin mahiyyəti, formaları və prinsipləri haqqında geniş tarixi faktlar əsasında təqdimatla birgə məruzə edib. Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Azər Məmmədov Azərbaycan Cümhuriyyətinin müstəqilliyini qazanması tarixindən bəhs edib. Tədbirdə həmçinin UNEC Dizayn Məktəbinin bakalavr və magistrantlarının Müstəqillik Günü ilə əlaqədar rəsm işlərindən təşkil olunan sərgi tədbir iştirakçılarının marağına səbəb olub.

Ümumi fənlərin tədrisinin təşkili departamentində “Azərbaycan Xalq Cümhuriyyəti ilk müstəqil dövlət kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, süqutu, qurucuları və tarixi əhəmiyyətindən bəhs edib. Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov İstiqlal Bəyannaməsini imzalamaqla Şərqin ilk dünyəvi demokratik dövlətinin əsasının qoyulduğunu, eləcə də müasir müstəqiliyimizin əldə edilməsində AXC-nin rolunu qeyd edib.

UNEC-in Zaqatala filialında Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbirdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin tarixindəki rolundan danışıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay