A

Creative Spark layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Qrinviç Universitetinin (University of Greenwich) əməkdaşlığı ilə Gəncə Dövlət Universitetinin tələbələri və regionda yaşayan gənclər üçün “Bootcamp” (intensiv təlimlər) təşkil olunub.

Qrinviç Universitetinin müəllimi Jithendran Kokkranikal tərəfindən təlim düşərgəsinin iştirakçıları üçün biznes ideyalarının reallaşdırılması, müştəri seqmentasiyasının təhlil edilməsi, bazar marketinqi araşdırmalarının aparılması, biznes canvas modelinin tətbiqi istiqamətlərində təlimlər keçirilib.

Təlim mentorluq təcrübəli UNEC müəllimləri Nərmin İbrahimova və Rauf Məmmədov tərəfindən aparılıb. Sonra tələbələr qruplar şəklində öz biznes ideyaları üzərində işləyiblər.

Təlimin sonunda komandalar öz biznes ideyalarını müəllimlərə təqdim ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay