A

UNEC-də Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə Uni Ko QSC tikinti şirkətinin “Gələcəyə addım” adlı 2022-ci il ödənişli yay təcrübə proqramı ilə bağlı universitetin 3-cü və 4-cü kurs tələbələri, o cümlədən, məzunları ilə görüş keçirilib.

Tədbirdə Uni Ko QSC tikinti şirkətinin İnsan resursları və inzibati məsələlər üzrə meneceri Kamil Hüseynov, İnsan resursları üzrə mütəxəssisləri Aysel Məmmədova və Hüseyn Qurbanlı iştirak ediblər.

Kamil Hüseynovun təqdimatında tələbələrə həm Uni Ko QSC tikinti şirkəti ilə bağlı, həm də yay təcrübə proqramı haqqında ətraflı məlumat verilib, şirkətin gördüyü işlər barədə videoçarx nümayiş olunub, tələbələrə yay təcrübə proqramı ilə bağlı bukletlər təqdim edilib.

Tədbirin sonunda ödənişli yay təcrübə proqramı ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay