A

İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin və Biznesin İnkişafı təlim mərkəzinin təşkilatçılığı ilə tələbələrə “CV tərtibatında doğrular və yanlışlar” mövzusunda təlim keçirilib.

Təlimdə İTEFY İctimai Birliyinin sədri, İqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə, birliyin Biznes və menecment fakültəsi üzrə sədri Elgün Xəlilov və tələbələr iştirak ediblər.

Təlimçi Nadir Xəlilov əmək bazarında tələb olunan və insan resursları üzrə mütəxəssislərin tələblərinə cavab verən CV-lərin hazırlanmasının başlıca istiqamətləri haqqında tələbələrə məlumat verib. CV-lərdə edilən yanlışlar və onların aradan qaldırılması mexanizmləri müzakirə olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay