A

UNEC-də maliyyə və iqtisadiyyat sahələri üzrə keçirilən “WinterCamp 2023” Qış Universiteti yekunlaşıb.

UNEC-in Quba tədris, idman və istirahət mərkəzində 03-07 fevral tarixlərində təşkil olunan “WinterCamp 2023” Qış Universiteti Təhsilin İnkişafı Fondunun dəstəyi, “BRİDGE Academy” şirkətinin tərəfdaşlığı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və UNEC Karyera mərkəzinin koordinasiyası ilə baş tutub.

Layihə çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi Hüseyn Mahmudov “İqtisadiyyata giriş”, “The Bankers Club”ın qurucusu və rəhbəri Rüfət Kərimov “Bank sektorunun iqtisadiyyatdakı rolu” mövzusunda təlim sessiyaları, startup təlimləri, idman mütəxəssisləri isə bədən tərbiyəsi dərsi keçiblər.

3000-dən çox müraciətçinin olduğu “WinterCamp 2023” Qış Universitetində ilkin qeydiyyat və uğurlu müsahibə mərhələlərini keçən 35 tələbədən UNEC-in Maliyyə və mühasibat, UNEC SABAH mərkəzi və UNEC Biznes Məktəbinin tələbələri çoxluq təşkil edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay