A

UNEC-in II və IV tədris binalarında fakültə dekanları, əməkdaşlar və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi keçirilib.

Şənliyə başlamazdan öncə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.

Tədbirdə çıxış edən HİK-in sədri Rüfət Süleymanlı tədbiri açıq elan edərək, universitetin kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Bayram şənliyində UNEC Dizayn məktəbinin tələbələrinin Novruz atributlarına, adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub. 

Milli rəqslər və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyə xüsusi rəng qatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay