A

UNEC-in Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, Tələbə-rektor Cabbar Cəlilov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nəzrin İbrahimova və fəal tələbələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

UNEC tələbələri abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilmiş və kollektivi Memorial Kompleks haqqında bilgiləndimişlər.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay