A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniyanın Kordoba və Leon universitetlərində səfərdə olub.

Proqram çərçivəsində keçirilən “Beynəlxalq həftələr”də Mərakeş, Filippin, Hindistan, Bosniya və Hersoqovina, Albaniya, Boliviya, Gürcüstan və Ukraynanın ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirilib, universitetlərarası qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Nərmin İbrahimova Kordoba Universitetinin Biznes və Hüquq Məktəbi və Humanitar Elmlər Məktəbində, eləcə də Leon Universitetində UNEC-in tədris proqramları barədə geniş təqdimatla çıxış edib. Həmçinin Erasmus+ mübadilə proqramı çərçivəsində Kordoba və Leon universitetlərində mübadilədə iştirak edən UNEC tələbələri ilə görüşərək, onların təlim-tədris, imtahan prosesləri ilə maraqlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay