A

Türkiyənin İstanbul Gelişim Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, mübadilə proqramının koordinatoru Alisa Usubova Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-də bir həftəlik mübadilədə iştirak edib.

Alisa Usubova UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin müvafiq şöbələrinin, eləcə də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin əməkdaşları ilə görüşərək, strukturların fəaliyyəti ilə yaxından tanış olub.

Görüş zamanı UNEC haqqında ümumi məlumatlar, beynəlxalq və ikili diplom proqramları, qazanılmış layihələr, eləcə də diferensial əmək haqqı sistemi, tədqiqat mərkəzləri üçün potensial əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay