A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekan müavini Yusif Əliyev Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin İstanbul Universitetində səfərdə olub.

Daha sonra Gelişim Universitetinə səfər edən Yusif Əliyev ilk öncə Erasmus ofisində mübadilə proqramları ilə bağlı görüş keçirib.

Proqram çərçivəsində Gelişim Universitetində bakalavr pilləsində təhsil alan tələbələrə Dos.Dr.Rahmat Ullahın iştirakı ilə "Kriz Yönetimi və Halkla İlişkiler”, "44 günlük Karabağ Zaferi", doktorantura pilləsində təhsil alan tələbələrə isə Prof.dr. Neziha Musaoğlunun iştirakı ilə "Post-Sovyet Ülkelerinde Sosyal Bilimler ve Halkla İlişkiler mövzularında mühazirələr oxuyub.

Yusif Əliyev səfər çərçivəsində “Siyasət elmləri və beynəlxalq münasibətlər” kafedrası müdiri prof.dr. Neziha Musaoğlunun moderatorluğu ilə təşkil edilən seminarda “Türkiyenin Azerbaycandaki Eğitim Kurumları ve Toplumsal Etkileri” adlı mövzu ilə çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay