A

Böyük Britaniyanın ali təhsil müəssisəsinin ekspertləri ilə UNEC nümayəndələri arasında onlayn görüş keçirilib.

Rəqəmsallaşma üzrə prorektor dos. Raqif Qasımov, Keyfiyyət təminatı şöbəsinin müdiri i.f.d. Hüseyn Həsənov və şöbənin baş mütəxəssisi Əddin Muştaqov ilə “The Open University”nin keyfiyyət təminatı, kurrikulum üzrə məsul şəxsləri Dr. Leigh-Anne Perryman, Dr.Simon Cross və Rebecca Barnett arasında keçirilən görüşdə UNEC-də dərslərin sinxron və asinxron formada təşkili ilə bağlı elektron sistemlərin inteqrasiyası, akademik və inzibati heyət üçün təlimlərin təşkili, distant tədris prosesində keyfiyyət təminatı məsələləri müzakirə olunub.

Qeyd edək ki, hazırda UNEC-də onlayn tədrisin təşkili üçün dünya təcrübəsinin öyrənilməsi istiqamətində Türkiyə, Avropa və Amerikanın bu sahədə qabaqcıl ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay