A

UNEC-in geniş tərkibdə nümayəndə heyətinin Almaniyanın Siegen Universitetinə səfəri davam edir.

Səfər çərçivəsində UNEC əməkdaşları Siegendə keçirilən IECER-2017 “XV Sahibkarlıq Tədqiqatları üzrə Avropa Fənlərarası Konfransı”na (15th Interdisciplinary European Conference on Entrepreneurship Research) qatılıblar. Azərbaycanla yanaşı Almaniya, Fransa, Portuqaliya, Niderland, İngiltərə və digər ölkələrin nümayəndələrinin qatıldığı konfransda akademik sahibkarlıq, karyera imkanlarının yaxşılaşdırılması, innovasiyalar və digər mövzular üzrə məruzələr dinlənilib, müzakirələr keçirilib. Panel iclaslarında çıxış edən UNEC nümayəndə heyətinin üzvləri kiçik sahibkarlıq, ailə biznesi, sahibkarlıqda gender bərabərliyi və innovasiyanın tətbiqində Azərbaycan təcrübəsindən bəhs ediblər. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədilə yaradılan ASAN ABAD mərkəzləri barədə məlumat veriib. Bildirilib ki, ABAD-ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

Konfransda UNEC-in Beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat departamentlərinin, Distant, qiyabi və əlavə təhsil mərkəzinin, Beynəlxalq iqtisadiyyat və Marketinq kafedralarının, SABAH mərkəzinin nümayəndələri iştirak ediblər.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR