A

UNEC Britaniya Şurasının tərəfdaşlığı ilə Creative Spark proqramı çərçivəsində Netvorkinq tədbiri keçirilib.

Tədbirdə ölkəmizdəki ali təhsil sektorunun, özəl, sənaye və dövlət qurumlarının nümayəndələri iştirak edib. İştirakçılar bir-biri ilə ünsiyyətdə olub mümkün olan əməkdaşlıq imkanları barədə danışıblar, eləcə də proqram daxilində gələcək fəaliyyətlər barədə müzakirə aparıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin layihələrin idarəolunması şöbəsinin rəhbəri Nərmin İbrahimova proqram barədə ətraflı məlumat verib.

Daha sonra Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva Creative Spark proqramının Azərbaycanda ali təhsil müəssisələri arasında mövcud tərəfdaşlıqlarından bəhs edib.

Layihə çərçivəsində tərəfdaş olan digər ali təhsil müəssisələri universitetlərində gördükləri işlər barədə təqdimatlar edib və müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay