A

azpolitika.info

Ümummili Liderimiz Heydər Əliyev haqqında 100-lərlə kitab yazılıb. Dəyərli müəllimimiz, professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun Unudulmaz Heydər Əliyev haqqında yazdığı “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabı sözün əsl mənasında unikal əsərdir.

Şahlar Əsgərov son dərəcə əqidəli, sidqi-ürəkdən Heydər Əliyevçidir. Onun Heydər Əliyev haqqında söhbətləri canlıdır, həddindən artıq səmimi və maraqlıdır...

Bu dəyərli kitabda Ulu Öndərin ən yaxın silahdaşlarından biri, 91-lərin nümayəndəsi, professor Şahlar Əsgərovun Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev haqqında, onun fenomenal və bənzərsiz adlandıra biləcəyimiz həyatının unikal səhifələri barədə düşüncələri, xatirələri, mühakimə və mülahizələri yer alır. UNEC rektoru, professor Ədalət Muradov kitaba olduqca maraqlı “Ön söz” yazıb.

Şahlar müəllim deyir ki, Heydər Əliyev ona “filosof Şahlar Əsgərov” deyirdi. O, görkəmli fizik olmaqla yanaşı həm də gözəl filosofdur. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri var: "Öz sahəsini mükəmməl bilən şəxs, həm də yaxşı filosofdur." Müəllimimizin filosof olması fizikanı dərindən bilməsindən, həyat təcrübəsindən, dünyagörüşündən və mütaliəsindən irəli gəlir. Bunu bilmək üçün onun kitablarını, məqalələrini, müsahibələrini oxumaq kifayətdir. Şahlar Əsgərov “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabında yazır: “Heydər Əlirza oğlu Əliyev…O, adı Azərbaycanın XX və XXI əsrlər tarixindən qırmızı xətlə keçən fenomenal tarixi şəxsiyyət, öz fitri istedadı, parlaq zəkası, dərin intellekti və qeyri-adi idarəetmə bacarığı ilə tarixə öz möhürünü vuran, Şərqdən Qərbə, Şimaldan Cənuba hər kəsin heyranlıqla izlədiyi və yüksək dəyər verdiyi planetar miqyaslı dövlət xadimi, siyasi mogikan, qurucu lider və əsl millət atasıdır. Qədirbilən Azərbaycan xalqı və əlahəzrət tarix onu nahaq yerə “Ümummilli lider” və “Ulu Öndər” ünvanları ilə yad etmir."

Kitabı çox böyük maraqla oxudum. Ulu Öndərimiz Heydər Əliyev haqqında maraqlı kitabların yazılması cəmiyyətin tələbidir. Ömrünü Xalqımızın intibahına həsr etmiş bu nəhəng şəxsiyyətin həyatı, Azərbaycanımız üçün gördüyü işlər hərtərəfli öyrənilməlidir. 2023-cü ilin dekabr ayının 27-də deputat həmkarlarımız Elnur Allahverdiyev və Soltan Məmmədovun müəllifliyi ilə ərsəyə gəlmiş “Heydər Əliyev: 100 Faktın Tarixi” kitabının təqdimatı keçirildi. Bu kitabın da əsas mövzusu insanlara həqiqəti göstərmək və tarixi xatırlatmaq üzərinə qurulub. Hər iki kitab son dərəcə dəyərlidir.

“Heydər Əliyevin həyatının unikal səhifələri” kitabından yaddaş dəftərimə qeyd etdiyim Ümummilli liderimizin bu dahiyanə fikri həqiqətən möhtəşəmdir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. …amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib”.

Həqiqətdir...

Etibar Əliyev, millət vəkili

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay