A

UNEC-in tələbə təşkilatları və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası  İctimai Birliyi (AIESEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə AIESEC-in sədri Rəsul Göyüşov, UNEC-in Karyera Mərkəzinin direktoru Aytac Rzayeva, UNEC THİK sədri İlkan Əliyev, UNEC TEC sədri Nəzrin İbrahimli, UNEC TGT sədri Mətləb Qarayev və tələbələr iştirak ediblər.

Tədbirin moderatoru UNEC-in Tələbə rektoru Cabbar Cəlilov əməkdaşlıq memorandumunun imzalanmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Karyera Mərkəzinin direktoru Aytac Rzayeva əməkdaşlıq müqaviləsinin əsas məqsədinin İctimai Birliyin layihələri çərçivəsində tələbələrin karyera inkişafının və sosial yönümlü maarifləndirilməsi üçün tərəflər arasında əməkdaşlığın genişləndirilməsindən ibarət olduğunu bildirib.

AIESEC-in sədri Rəsul Göyüşov çıxışında sosial məsuliyyəti artıran layihələrin icrası, birgə tədbirlərin təşkil edilməsi, UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, menecment, marketinq, dizayn, mühəndislik, satış, biznesin idarə edilməsi, müəllimlik və digər bu kimi sahələri özündə cəmləşdirən AIESEC-in 3 proqramına ( ‘‘Global Volunteer’’, ‘‘Global Talent’’, ‘‘Global Teacher’’) tələbələrin cəlb olunmasından bəhys edib. Həmçinin xaricdə könüllülük və təcrübə proqramlarına tələbələr arasında marağın yaradılması və bu kimi maraq kəsb edən digər sahələrdə əməkdaşlıq edilməsinə yönəldilməsinin vacibliyini diqqətə çatdırıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay