A

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva 25-27 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti, doktorant və tədqiqatçıları üçün “Elmmetriya: Elmi fəaliyyətin səmərəli qiymətləndirilməsi” mövzusunda təlim keçib.

Təlim çərçivəsində N.Hacıyeva nüfuzlu elmi jurnallara keçid, təsir faktorları, elmi məhsulların qiymətləndirilməsi və kommersiyalaşdırılması, elmi platformalardan düzgün istifadə, elmi indeksasiya bazaları, universitetlərdə elmmetrik göstəricilərin təhlili, tədqiqatçıların təqaüdlü elmi tədqiqat proqramlarına cəlbi, bu istiqamətdə UNEC modeli barədə faydalı və təhlili xarakterli məlumatları təqdim edib. Təlimdə professor-müəllim heyəti və tədqiqatçılarla maraqlı müzakirələr aparılıb və onların elmmetriya ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay