A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Araz Aslanlının müəllifi olduğu Qarabağ problemi: “sülh danışıqları” sülh gətirəcəkmi?” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında yayınlanıb.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, eləcə də hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən danışırlar prosesi təhlil edilib. Məqalədə qeyd olunub ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlasa da, vasitəçilər bu ölkəyə qarşı xüsusi addımlar atmır, işğalçı tərəflə işğala məruz qalan tərəf arasında fərq qoymur. Beynəlxalq hüququn əsas prinsiplərinin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərarların yerinə yetirilməsi Ermənistandan lazımı qaydada tələb edilmir. Bu səbəbdən də danışıqlar prosesi əsl sülhün əldə olunmasına tam xidmət etmir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay