A

UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sankt-Peterburq Beynəlxalq Bank İnstitutunun keçirdiyi “Gələcəyin Astanasında: təhsilin mahiyyəti, formatı və yeni yanaşmalar” adlı XIX beynəlxalq elmi nəzəri konfransda iştirak edib.

Konfransda mövcud pandemiyanın ölkələrin sosial-iqtisadi vəziyyətinə, təhsil sferasına təsirləri, həmçinin bu sahədə aparılan mübarizə tədbirləri barədə müzakirələr aparılıb. Plenar iclasa onlayn qatılan prof.Elnur Sadıqov maliyyə təhsilinin tarixi və müasir dövrü haqqında təqdimatla çıxış edərək, pandemiya şəraitində Azərbaycanda dövlətin maliyyə sahəsi üzrə təhsilə diqqəti, həmçinin iqtisadyönümlü universitetlərin qarşısında duran vəzifələrdən bəhs edib. Çıxışın sonunda mövzu ilə bağlı konfrans iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay