A

UNEC tələbəsi MDB-yə üzv dövlətlərin iştirakı ilə VII Beynəlxalq Qaliblər Forumunun konsert proqramında iştirak edib.

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Великая Победа, добытая единством: мужество фронта - стойкость тыла” adlı forumun sonunda Böyük Vətən müharibəsi veteranları və nümayəndə heyətinin üzvləri üçün konsert proqramı təşkil olunub. Konsert proqramında MDB-yə üzv ölkələrin tanınmış sənət adamları, istedadlı gəncləri çıxış edib. Azərbaycan təmsilçisi isə UNEC-in II kurs tələbəsi, Yaradıcılıq Mərkəzinin üzvü Aslan Əzimzadə olub. A.Əzimzadə Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını ifa edib. Onun ifası tamaşaçıların xüsusi rəğbətini qazanıb. Veteranlar UNEC tələbəsinə onlara nostalji hisslər yaşatdığına görə təşəkkür ediblər.

VII Beynəlxalq Qaliblər Forumu Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun dəstəyi, “Şimal-Cənub” Siyasi Mərkəzi və “Avrasiya Araşdırmalar İnstitutu”nun İnkişaf Fondunun təşkilatçılığı ilə keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR