A

UNEC-in İqtisadiyyat fakültəsinin tələbələrinin ölkənin mədəni, tarixi məkanlarına ekskursiyalarına yenidən start verilib.

İqtisadiyyat fakültəsi mentorluq xidməti və ekologiya ixtisaslı qrupların mentoru dosent Tahir Tarverdiyevin təşəbbüsü ilə ilk ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna təşkil edilib. Ekologiya ixtisası üzrə təhsil alan tələbələr qoruqdakı qədim qayaüstü rəsmlərlə, həmçinin qoruğun açıq və qapalı muzeylərində qədim eksponatlarla, maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay