A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) proqram rəhbəri t.ü.f.d. Elnur Hüseynzadə və b.ü.f.d. Səbinə Məmmədovanın təşkilatçılığı ilə Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr universitet-sənaye işbirliyi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) olublar.

Görüşdə AZSTAND-ın fəaliyyəti, standartlaşdırma və sertifikatlaşdırma, idarəetmə sistemləri o, cümlədən HACCP sistemi və onu tətbiqi haqqında geniş məlumat verilib. Tələbələrə sahə üzrə gələcək karyera imkanlarından bəhs olunub.

Görüşün sonunda müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay