A

Qazaxıstanın Yessenov Universitetinin magistrləri UNEC-də elmi tədqiqat təcrübəsi keçəcəklər.

Yessenov Universitetində “Qazax dili və ədəbiyyat” ixtisası üzrə təhsil alan 7 magistr təcrübə dövründə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tədris prosesi ilə tanış olacaq, professorların mühazirələrini dinləyəcək, müvafiq sahə üzrə elmi-tədqiqat araşdırmaları aparacaqlar. Magistrlər təcrübə müddətində UNEC-in fakültə və mərkəzlərinin iş fəaliyyətini də yaxından izləyə biləcəklər.

Elmi tədqiqat təcrübəsinin əsas məqsədi tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyanın son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi və elmi əlaqələrin genişləndirilməsindən ibarətdir.

Elmi tədqiqat təcrübəsinin ilk günündə qazaxıstanlı magistrlər universitetdə infotur zamanı 24/7 kitabxana ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay