İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
  • Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
  • Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
  • Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Xarici dil: ingilis dili (səlis), rus dili (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
  • Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Maraqlanan namizədlərdən CV-lərini Kiçik Kredit Risk Anderrayteri başlığı altında 28 İyun tarixinə qədər This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  email ünvanına göndərmələri xahiş edilir.

TOP XƏBƏRLƏR