A

UNEC Tədqiqat Mərkəzləri tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Baku COP29”a həsr olunan tədbirlər davam edir.

Növbəti beynəlxalq onlayn seminar UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin təqdimatında COP29 çərçivəsində “Ekoloji davamlılıq və yaşıl enerji keçidi” mövzusunda olub.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC Tədqiqat Mərkəzlərinin üzvləri, xaricdə fəaliyyət göstərən tədqiqatçılar, ekspertlər də iştirak ediblər.

Tədbirin moderatoru, UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin rəhbəri Türkiyənin Sakarya Universitetinin Siyasi Elmlər fakültəsinin “Ekonometri” bölümünün dosenti Dr.Mücahit Aydının moderatorluğu ilə keçirilən seminarda Mərkəzin tədqiqatçıları – Osmaniye Korkut Ata Universitetinin Mühasibat və Vergi bölümünün müdiri Dr. Oğuzhan Bozatlı və Sakarya Universitetinin Maliyyə bölümünün müəllimi Dr. Tunahan Değirmenci məruzələrlə çıxış ediblər.

Dr. Tunahan Değirmenci dayanıqlı inkişaf məqsədləri, eləcə də ekoloji dayanıqlığı və yaşıl enerjiyə keçidi təmin etmək üçün hökumət tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. Dr. Oğuzhan Bozatlı isə “Azərbaycanda enerji və ətraf mühitə baxış” mözusunda geniş təqdimatla çıxış edib.

Seminar müzakirələrlə davam edib.

Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR