A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  2-ci qrant müsabiqəsi elan edir.

“Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” əsasnaməyə uyğun olaraq keçirilən müsabiqə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına alimlərin töhfəsini stimullaşdırmaq məqsədilə elan olunub.

Qrant müsabiqəsinin şərtləri:

Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, yalnız UNEC-də çalışan əməkdaşlar, doktorantlar, UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçıları, UNEC əməkdaşlarından ibarət müəllim və tədqiqatçılar iştirak edə bilərlər.

Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” Əsasnaməyə əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı tələblərə cavab verməlidir:

-  Layihənin dəyəri maksimum 30 (otuz) min manatdır.

- Layihədə təklif olunan işlər hər hansı qrant və digər mənbələrdən maliyyələşdirilən layihələrin predmeti olmamalıdır;

- Hər bir iddiaçı müsabiqədə yalnız bir ərizənin iştirakçısı ola  bilər;

- Bütün layihələr, bir qayda olaraq 2 nüsxədə, Azərbaycan dilində, elektron formada (PDF formatda) təqdim edilməlidir;

- Qrant müsabiqəsi üzrə Komissiya üzvləri tərəfindən layihələrin qiymətləndirilməsi 2 mərhələ - texniki və ixtisas üzrə aparılacaqdır.

  1. Layihələr aşağıdakı mövzuları əhatə etməlidir.

-  Yaşıl sahibkarlıq: Azərbaycan KOM-larında yaşil texnologiyalarin təşviqi

-  Qarabağda tullantilarin idarə edilməsi və resurslarin səmərəliliyi üzrə dairəvi iqtisadiyyat modeli

-  Azərbaycanda yaşil infrastruktur layihələri üçün innovativ maliyyələşdirmə mexanizmləri

-  Yaşıl universitetə keçid modeli

-  İqlim dəyişmələri kontekstində dayanıqlı maliyyəyə keçid: dünya təcrübəsi və Azərbaycan reallığı

-  Azərbaycanda ağıllı təhsil modeli

-  Yaşıl nanotexnologiyalar

Layihədə iştirak etmək istəyən müəllim və tədqiqatçılar ərizə və layihə təkliflərini (sifarişlərini) əlavələr formasında qrant müsabiqəsi elan olunan tarixdən bir ay müddətinədək saat 18.00-dan gec olmayaraq, elektron formada (pdf formatda) This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron-poçt ünvanına göndərməlidir.

Ekspert_rəyi

Əlavə_-_Xərclər_smetası

Ərizə

Hesabat_forması

 İcra_planı

Layihə_təklif_forması

Muqavilə_forması

Təhvil-təslim_aktı

TOP XƏBƏRLƏR