“Başak Group” Satınalma üzrə təcrübəçi vakansiyası elan edir

Namizədə tələblər:

  • Ali təhsil;
  • Daim öz üzərində işləmə;
  • Öyrənmə və inkişafa yüksək həvəs;
  • İş təcrübəsi tələb olunmur;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Dəqiqlik və dürüstlük.

Vəzifə öhdəlikləri:

  • Departamentə yönləndirilən sifarişlərin qeydə alınması, formaların doldurulması və digər sənədləşmə işlərinin icrası;
  • Sifarişlərin və tədarükçülərin işlərinin izlənilməsi;
  • Sifarişlər üzrə ödənişlərin izlənilməsi;
  • Satınalma müqavilələrinin təsdiq edilməsi prosesinin izlənməsi;
  • Mövcud təchizatların dövri dəyərləndirilməsi və yeni təchizatçıların axtarışında köməklik göstərilməsi.

İş şəraiti:

  • İş qrafiki : Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Korporativ nömrə;

Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini  2  fevrala qədər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına göndərə bilərlər.

TOP XƏBƏRLƏR