Bashak Supply MMC Daxili satınalma üzrə mütəxəssis vakansiyası elan edir. 

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Daxili satınalma sahəsində 4 illik iş təcrübəsi;
  • MS Office proqramında işləməyi bilməli;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • 1C proqram biliyi.

Vəzifə öhdəlikləri:

  • Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
  • Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
  • Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
  • Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
  • Şöbə rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00,

Nahar şirkət tərəfindən verilir,

Korporativ nömrə (korporativ paket),

Əmək haqqı: 1200-1500 Azn

Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına, mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

TOP XƏBƏRLƏR