UNEC-in qlobal tərəfdaşlıq şəbəkəsində daha bir mühüm imkan açıqdır!
İstanbul Gelişim Universiteti tərəfindən Erasmus+ KA171 proqramı çərçivəsində tələbə mobilliyi və akademik heyətinin tədris mobilliyi üzrə müraciətlərin qəbulu rəsmi olaraq başlayıb.
Bu proqram beynəlxalq akademik təcrübə qazanmaq, yeni bilik və kompetensiyalar əldə etmək, eləcə də UNEC-in qlobal təhsil məkanında təmsilçiliyini gücləndirmək üçün əhəmiyyətli platformadır. Tələbə və akademik heyət üçün bu cür imkanlar həm peşəkar inkişaf, həm də beynəlxalq şəbəkələşmə baxımından ciddi üstünlüklər yaradır.
Müraciət müddəti:
08 dekabr – 22 dekabr
Müraciət linkləri:
🔹 Akademik heyət üçün qeydiyyat linki:
https://udio-k.gelisim.edu.tr/en/administrative-announcement-2023-project-year-ka-171-erasmus-incoming-staff-teaching-mobility-applications
🔹 Tələbələr üçün qeydiyyat linki:
https://udio-k.gelisim.edu.tr/en/administrative-announcement-2023-project-year-applications-for-erasmus-ka-171-incoming-student-mobility-for-studies
Mobillik proqramında iştirak etmək arzusunda olan namizədlərdən müraciət tələblərini diqqətlə nəzərdən keçirmələri, müvafiq sənədləri tam şəkildə təqdim etmələri və müəyyən olunmuş müddətə riayət etmələri xahiş olunur.
Əlavə məlumat üçün Beynəlxalq Əməkdaşlıq Departamenti ilə əlaqə saxlaya bilərsiniz.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.