Noyabrın 22-də UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən “Təhsil səviyyəsinin insan inkişafına təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda elmi seminar keçiriləcək.
Seminar “2023-cü ildə Dayanıqlı İnkişaf məqsədlərinin maarifləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər”in icrasını təmin etmək məqsədilə təşkil olunur.
Məruzəçi institutun b.e.i., dos. Sərdar Şabanovdur.
Tədbir saat 11:00-da UNEC-in əsas tədris binasının, Heydər Əliyevin İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində (otaq 305) hibrid formada keçiriləcək.
Tədbirinin linki: https://zoom.us/j/92016955439 (Code 045098)