A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində  “ISE Economic Talks” layihəsinə start verilir.Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə ediləcək. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunacaq.

Ayda iki dəfə təşkil olunacaq müzakirələrin mövzuları səsvermə yolu ilə seçiləcək. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdiriləcək.

Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumuDiskurs.az-da da yayımlanacaq.“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

VİDEO

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR