A

“Həftənin kitabı” layihəsi bu həftə “İnformasiya təhlükəsizliyi prinsipləri” (“Principles of nformation Security”) kitabını təqdim edir.

BP tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr edilən bu kitab təhsilin inkişafına verdiyi növbəti töhfədir.

Kitabın müəllifləri informasiya təhlükəsizliyi və təminat üzrə professor və KDU Kibertəhlükəsizlik İşçi Qüvvəsinin İnkişafı İnstitutunun (cyberinstitute.kennesaw.edu) icraçı direktoru Maykl E. Vitman (Michael E. Whitman, Ph.D., CISM, CISSP) və Mattord KDU Kibertəhlükəsizlik İşçi Qüvvəsinin İnkişafı İnstitutunun (cyberinstitute. kennesaw.edu) təhsil və təşkilat direktoru professor Herbert C. Mattordur (Herbert J. Mattord, Ph.D., CISM, CISSP).

Müəlliflər bu dərsliyin bütün dünyada informasiya və kibertəhlükəsizlik müdafiəçilərinin əhatə dairəsini genişləndirmək məqsədi daşıyan layihənin bir hissəsi rolunu oynadığını, əsərin əsas prinsipinin müasir bir şirkətdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik texnologiyasının təkbaşına həll edə bilməyəcəyi və idarəetmənin həll etməli olduğu problemlərə həsr edildiyini söyləyiblər. Həmçinin, kitabda informasiya təhlükəsizliyinin bütün sahəsinin geniş icmalını, bir çox əlaqədar elementlər haqqında məlumatları və bütövlükdə mövzunun başa düşülməsini asanlaşdırmaq üçün kifayət qədər təfərrüatlar təqdim edilib. Qeyd edək ki, dərslik özündə hekayə əsaslı terminologiyanı və informasiya təhlükəsizliyi proqramını idarə etmək üçün elementar strategiyaları ehtiva edib.

“İnformasiya təhlükəsizliyi prinsipləri” kitabı 2024-cü ildə “TEAS Press” Nəşriyyat evində çapdan çıxıb. Kitab 556 səhifədir. Oxucu-istifadəçilər dərs vəsaitini UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR