A

“Həftənin kitabı” bu buraxılışında “DİSSERTASİYA: Yazılması və Müdafiəsi” kitabını təqdim edir.

Kitabın müəllifləri texniki eləmlər doktoru, iqtisad elmlər doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i, iqtisad elmləri doktoru, professor Fərhad Rəhmanovdur.

Kitabda dissertasiya mətninin yaradılması və müdafiəsi prosesinin ümumi problemləri öz əksini tapıb. İddiaçılara və elmi işçilərə dissertasiyanın yazılması və müdafiəsi prosesində faydalı ola bilən texnoloji üsullar, metodik və praktiki tövsiyələr, həyati məsləhətlər xarakterizə olunur. Dissertasiyanın yazılması və müdafiəsi prosedurları izah edilmiş, doktorantura təhsili prosesinin ayrı-ayrı məzmunlu tərəfləri, dissertasiya mövzusunun seçilməsi məsələləri ətraflı şəkildə nəzərdən keçirilmişdir. Müəlliflər giriş hissəsindəki dissertasiyanın mövzusun2un aktuallığı, problemin öyrənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələri, predmeti və obyekti, elmi yenilik, müdafiəyə çıxarılan müddəalar, işin nəzəri və praktiki əhəmiyyəti kimi bölmələrin (bəndlərin) mahiyyəti və əhəmiyyəti barədə geniş açıqlamalar vermişlər ki, bütün bunlar bəzi iddiaçılar üçün maneəyə çevrilir. Kitabda həmçinin namizədlik imtahanları, elmi dərəcə almaq üçün dissertasiyalara qoyulan tələblər, dissertasiyaların və avtoreferatların tərtibi, onların müdafiəyə təqdim olunması, müdafiə qaydaları, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında dissertasiyaların müzakirəsi, elmi adların verilməsi qaydaları barədə məlumatlar verilmişdir. Kitab elmi dərəcələrin iddiaçıları, doktorantlar, magistrlər və dissertasiya mətninin yaradılması və müdafiə prosesi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu vəsait sizin əvəzolunmaz məsləhətçiniz, köməkçiniz və ən vacib məlumat mənbəyiniz olacaqdır.

DİSSERTASİYA: Yazılması və Müdafiəsi” kitabı 2025-ci ildə “MSV NƏŞR”də çapdan çıxıb. Kitab 224 səhifədir. Oxucu-istifadəçilər UNEC KİM-in 24/7 kitabxanasından, eləcə də digər kitabxanalardan əldə edə bilərlər.

TOP XƏBƏRLƏR