“Həftənin kitabı” bu buraxılışında “Qeyri-səlis məntiq” kitabını təqdim edir.
Kitabın müəllifləri texnika elmləri doktoru, qeyri-səlis məntiq və süni intellekt nəzəriyəsinin aparıcı alimlərindən olan, Almaniyanın Ziggen, ABŞ-ın Atalanta, Corciya, İranın Təbriz, Kiprin Yaxın Doğu Universitetlərinin professoru Rafiq Əliyev və fəlsəfə doktoru Rafiq Rəşad oğlu Əliyevdir.
Kitabda qeyri-səlis məntiq və onun əsasında qurulan intellektual sistemlərin nəzəri əsasları və praktiki tətbiq problemləri şərh edilib. Qeyri–səlis məntiqin geniş mənasında əsas dörd sütunu (faseti) – qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, epistemik və münasibətlər sütunları ətraflı izah olunub. Həmçinin, qeyri-səlis riyaziyyatın əsas elementləri, qeyri-səlis sistemlərin fundamental əsasları, qeyri-səlis modellər, qeyri-səlis intellektual idarəemə, intellektual robotlar, qeyri-səlis qərar qəbuletmə haqqında müfəssəl informasiya verilib.
“Qeyri-səlis məntiq” kitabı 2025-ci ildə çapdan çıxıb. Monoqrafiya 280 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7-da yaxından tanış ola bilərlər.