A

“Həftənin kitabı” bu buraxılışında müəllifi professor Kəmalə Əliyeva olan “Süni intellekt” kitabını təqdim edir.

Kitabda müasir dövrün ən aktual və sürətlə inkişaf edən sahələrindən biri olan süni intellekt anlayışı oxucuya sadə, anlaşılan və sistemli şəkildə təqdim edilir. Əsərdə süni intellektin yaranma tarixi, əsas anlayışları, fəaliyyət prinsipləri və inkişaf mərhələləri elmi əsaslara söykənərək izah olunur.

Həmçinin, əsərdə süni intellektin təhsil, iqtisadiyyat, səhiyyə, biznes və gündəlik həyatdakı tətbiq imkanları, həmçinin bu texnologiyanın cəmiyyətə təsirləri geniş şəkildə təhlil edilir. Müəllif texnoloji yeniliklərin yaratdığı imkanlarla yanaşı, etik məsələlərə, insan amilinin rolu və gələcəkdə formalaşa biləcək risklərə də xüsusi diqqət ayırır.

Kitabda təqdim olunan mövzular bu sahə ilə ilk dəfə tanış olan oxuculara süni intellektin mahiyyətini aydın şəkildə dərk etməyə imkan verir, eyni zamanda texnologiya ilə insan arasındakı münasibətlərə tənqidi, dərin və düşünülmüş baxış formalaşdırmağa sövq edir.

319 səhifəlik “Süni intellekt” kitabı 2024-cü ildə “ADNSU” nəşriyyatında nəşr olunub. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 1 saylı və 3 saylı kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay