UNEC-in kitabxanası təqdim edir: “Dünya iqtisadiyyatı və Azərbaycan”.
UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, professor Rüfət Quliyevin “Dünya iqtisadiyyatı və Azərbaycan” monoqrafiyasını təqdim edir.
2017-ci ildə nəşr olunan monoqrafiyanın elmi redaktoru İ.A.Lyutiydır. Kitab rus dilindədir.
Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunacaq.