UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində “Bakı nefti qələbənin açarı” adlı kitabı təqdim edir.
Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin xüsusi layihəsinin rəhbəri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədir. Layihədə Azərbaycan və xarici ölkə alimlərinin əsərlərindən, arxiv sənədlərindən və internet resurslarından istifadə edilib. Kitabda Böyük Vətən Müharibəsinin iştirakçıları olmuş həmvətənlərimiz, onların keçdiyi şanlı yollardan bəhs edilib, eyni zamanda Bakı nefti hesabına qazanılan qələbənin əhəmiyyətindən söhbət açılıb.
2015-ci ildə çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz.
Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur.