UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsi çərçivəsində oxuculara "Azərbaycanda pul tədavülü və bank işinin təkamülü" kitabını təqdim edir. Kitabın müəllifi Çingiz Nəbi oğlu Qurbanov UNEC məzunudur (1987-1992). 2018-ci ildə dərc edilmiş vəsait 547 səhifədən ibarətdir.
Təqdim olunan kitabda toplanmış həm tarixi, həm beynəlxalq və həm də ölkəmizdə olan inkişaf mərhələləri və təcrübə ilə bağlı məlumatlar, bankların monetar siyasətin həyat keçirilməsinə səfərbər olunması, ölkədə pul bazarının və ödəmə sistemlərinin təşkili məsələləri və elmi təhlillər iqtisadçılar, tarixçilər, dövlətçilik və iqtisadiyyat tarixi ilə maraqlanan mütəxəssislər, tələbələr üçün elmi mənbə olmaqla yanaşı, həm də Azərbaycanda pul tədavülü və bank işinin tarixini işıqlandıran dəyərli vasitədir.
Kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz.