A

“Həftənin kitabı” oxuculara “Xətti cəbr. Analitik həndəsə. Riyazi analiz. Kurslarından məsələ və misal həllinə rəhbərlik” kitabını təqdim edir.

Kitabın müəllifi M.S.Alməmmədov, M.İ.Qarayev, T.H.Quluzadədir.

Dərs vəsaiti “Ali riyaziyyat” kafedrasının yeni proqramı əsasında hazırlanıb. Burada nəzəriyyə ilə praktikanın daha sıx əlaqəsinə üstünlük verilib, iqtisadi məsələlərin həllində riyaziyyatın tətbiqinə xüsusilə diqqət ayrılıb. 

2017-cı ildə “İqtisad Universiteti” Nəşriyyatında çapdan çıxan, 438 səhifəlik “Xətti cəbr. Analitik həndəsə. Riyazi analiz. Kurslarından məsələ və misal həllinə rəhbərlik” kitabını UNEC-in kitabxanasından əldə edə bilərsiniz. 

Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur. 

TOP XƏBƏRLƏR