“Həftənin kitabı” oxuculara “Xidmət sahələrinin marketinqi” kitabını təqdim edir.
Kitabın müəllifi Biznes və Menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovdur.
Dərs vəsaitində xidmətlər və onların iqtisadiyyatda yeri və rolu şərh olunaraq, mal, məhsul və əmtəənin satışı və istismarı ilə bağlı xidmətlərə nəzər salınıb. Kitabda qeyri-maddi sahədə marketinq məsələləri ardıcıllıqla təhlil edilib: xarici mühit, məqsədli bazar, qiymətqoyma, bazarda xidmətlərin yeridilməsi və s. məsələlər məntiqi ardıcıllıqla şərh olunub. Dərs vəsaitində ayrı-ayrı xidmət sahələrində mövcud vəziyyət araşdırılıb, inkişaf meylləri müəyyənləşdirilib, marketinqin tətbiqi ilə bağlı köklü problemlərin aradan qaldırılması məsələlərinə toxunulub. Eyni zamanda, dünyanın böyük və məşhur firma, şirkətlərinin, eləcə də Azərbaycan şirkətlərinin xidmət sferasındakı təcrübəsindən də bəhs edilib.
Qeyd edək ki, kitab xidmət sahələrinin marketinqi ilə bağlı ən çox tələb olunan dərs vəsaitlərindəndir.
2015-cı ildə “İqtisad Universiteti” Nəşriyyatında çapdan çıxan, 372 səhifəlik “Xidmət sahələrinin marketinqi” dərs vəsaitini UNEC-in kitabxanasından əldə edə bilərsiniz.