A

Suraxanı rayonu S.S. Axundov adına 172 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Abituriyentlər UNEC-in 24/7 kitabxanası, oxu zalı, Bloomberg laboratoriyası, muzey, tələbə yeməkxanası, akt və imtahan zalları, auditoriyalarla tanış olublar. Sonra onlara UNEC-in ixtisasları, beynəlxalq əlaqələri, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tədris binaları, imtahan sessiyasının təşkili, keçid balları barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

TOP XƏBƏRLƏR