Bakı şəhəri 264 saylı məktəb-liseyin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak edib.
UNEC-in tələbə rektoru Nihad İsgəndərov və Bakı şəhəri 264 saylı məktəb-liseyin təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər öncə UNEC-in III saylı tədris binasında binasında olublar.
Tələbə rektor Nihad İsgəndərov abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar kitabxana , imtahan zalı, kompüter laboratoriyaları, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt və idman zalları ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.