Məktəbimizin yuxarı sinif şagirdləri UNEC-də olublar.
Marketinq kafedrasının müəllimi, rektorun köməkçisi Ramil Cabbarov şagirdlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, UNEC brendinin fəlsəfəsini açıqlayıb. UNEC-də tədris edilən ixtisaslar, təqaüd və ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından bəhs edib. Sonra şagirdlər üçün UNEC ərazisində infotur təşkil edilib. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, İnnovativ Biznes İnkubatoru, Karyera Mərkəzi və imtahan zalları şagirdlərin xüsusi marağına səbəb olub. Şagirdlər əsasən Beynəlxalq İqtisadiyyat Məktəbində tədris edilən ixtisaslar barədə maraqlanıblar. İnfotur çərçivəsində şagirdlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını yaşayıblar. Şagirdlərə Yaradıcılıq Mərkəzi və Radio UNEC barədə də məlumat verilib. Şagirdlərə UNEC barədə ətraflı məlumatın əks olunduğu yaddaş kitabçaları təqdim edilib. İnfotur zamanı müəllim və şagirdlər 328 saylı məktəbin məzunu, UNEC-in Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Kamran Quliyevlə rastlaşıblar. UNEC tələbəsi şagirdlərə tələbəlik həyatı barədə ətraflı məlumat verib. Şagirdlərin imtahan prosesinin təşkili ilə bağlı müxtəlif suallarına cavablandırıb. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən şagirdlər buraya ikinci dəfə UNEC tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.