“UNEC-də 1 gün” layihəsinin budəfəki iştirakçıları Xətai rayonu 191 saylı məktəbin şagirdləri olub.
Şərti tələbə biletləri təqdim olunan şagirdlərə UNEC barədə ətraflı məlumat verilib. UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd və mübadilə proqramları, beynəlxalq layihələr onların diqqətinə çatdırılıb. Bir günlük tələbələr istəklərinə uyğun olaraq, xarici iqtisadi fəaliyyətin uçotu və Azərbaycan iqtisadiyyatı fənlərini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr infoturda olublar.
İnfotur zamanı şagirdlər tələbə rektor Cabbar Hüseynli ilə görüşüblər. C.Hüseynli məktəblilərə tələbə rektor layihəsindən danışıb, həmçinin tələbə təşkilatları, Elektron Universitet Modeli, İnnovativ Biznes İnkubator barədə məlumat verib. Bir günlük tələbələrin sualları cavablandırıldıqdan sonra onlar bu gün haqqında öz təəssüratlarını bölüşüblər. Məktəblilər UNEC-də unudulmaz bir gün yaşadıqlarını xüsusi vurğulayıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.