2018-2019-cu tədris ili üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak edib.
Lənkəran “İstək” liseyinin şagirdləri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin dərslərini dinləmək istədiklərini bildiriblər. Abituriyentlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlar iqtisadiyyata giriş fənnini dinləyiblər. Abituriyentlər UNEC-ə 700 bal toplayaraq qəbul olan Cavad Əliyev və Arzu Məmmədzadə ilə də görüşüblər. Hər iki Prezident təqaüdçüsü bir günlük tələbələrə xüsusi təqaüd, ikili diplom, mübadilə və UDİD proqramları, Elektron Universitet Modeli, 7/24 kitabxana barədə ətraflı məlumat veriblər. Bir günlük tələbələr UNEC-də infoturda olub.
Universitetdən müsbət təəssüratlarla ayrılan abituriyentlər buraya yenidən UNEC tələbəsi kimi qayıdacaqlarını bildiriblər.