A

2018/2019-cu tədris ilində “UNEC-də 1 gün” layihəsinin ilk iştirakçıları Səbail rayonu 162 saylı tam orta məktəbin XI sinif şagirdləri olub.

Abituriyentlərin sevimli layihələrindən olan “UNEC-də bir gün” çərçivəsində universitetdə olan şagirdlərə şərti tələbə biletləri təqdim olunub. I və II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə tədris olunan ixtisaslar, eyni zamanda UNEC-in xüsusi təqaüd, UDİD, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilimiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan dilində tədris olunan “maliyyə təhlili” fənnini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar. Onlar UNEC-in elektron tribunalarla təchiz olunan auditoriyaları, imtahan zalı, yeni istifadəyə verilən 24/7 kitabxanası ilə tanış olublar.

UNEC-də keçirdikləri bir günün onlara ixtisaslarla tanışlıqda çox faydalı olduğunu bildirən abituriyentlər, universitetdən müsbət təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR