×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-2003ba8f997baef94923ac2775a1d88c.php


A

“UNEC-də 1 gün” layihəsinin növbəti qonaqları A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika gimnaziyasının xüsusi istedadı ilə seçilən yuxarı sinif şagirdləri olub.

I və II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-in təhsil imkanları barədə ətraflı məlumat verildikdən sonra, onlar universitet ərazisində infoturda olublar. Maliyyə və mühasibat fakültəsi ilə tanışlıq zamanı fakültənin dekan müavini Anar Hüseynov abituriyentlərə burada tədris olunan ixtisaslar, ixtisasın qazandırdığı üstünlüklərdən bəhs edib. Sonra abituriyentlər idarəetmə uçotu fənnini dinləyiblər. Dərsdən müsbət təəssüratlarla aylıran abituriyentlər UNEC-in 24/7 kitabxanasını da ziyarət ediblər.

UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay