Mayın 5-də UNEC-də Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın müzakirə mövzuları:
- Ali təhsil sistemində yeni idarəetmə modeli.
- Rəqəmsal təhsil modelinin tətbiqi.
- Ali təhsilin beynəlmiləlləşməsində UNEC modeli.
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilər.
Konfrans saat 11:00-da UNEC-in əsas tədris binasının akt zalında keçiriləcək.